Səttar Bəhlulzadənin evini bağışladığı Xalq rəssamı

Səttar Bəhlulzadənin evini bağışladığı Xalq rəssamı
21 may 2025
# 18:14

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

1937-ci ildə atası Teymur Salahov Laçın rayonun birinci katibi vəzifəsinə təyin olunub. Elə həmin il sentyabrın 29-da bolşeviklər tərəfindən şərlənərək həbs olunan Teymur Salahov xalq düşməni kimi güllələnir.

***

Çətin uşaqlıq dövrü keçirən Tahir Salahov gənc yaşlarından afişalar, asfalt üzərində rəsmlər çəkərək ailəsini dolandırmaqda anasına kömək edib.

Moskvanın və Leninqradın Ali rəssamlıq məktəblərinə daxil olmaq üçün imtahan verib uğurlu nəticə əldə etsə də atasına görə hər iki universitetdən kəsdilər.

***

N.S Xuruşovun qəzəbinə tuş gələn rus rəssamı Pavel Nikonov “Geoloqlar" tablosunu məhv etmək istəyərkən Tahir Salahov onu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirir. Xuruşşovun hakimiyyəti sona çatandan sonra rəssamı Azərbaycana dəvət edir və tablonu ona hədiyyə edir.

Uzun müddət Moskvada yaşayıb ailəsi ilə Bakıya köçən Tahir Salahovun üzləşdiyi mənzil problemini məşhur mənzərə ustası Səttar Bəhlulzadə həll edir. Səttar yeni inşa olunan “Rəssamlar evi”ndə ona ayrılan ikiotaqlı evi gənc həmkarına bağışlayır.

***

Mətbuatın yazdığına görə, doğma bacısı, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova ilə küsülüdür.

***

Keçmiş şəxsi assistenti və yaxın dostu Mayk Xoukmen rəssamın əsərlərini oğurlayıb. 2018-ci ildə rəssamın qızı Aydan Salahova onun oğurlanmış əsərini lombardda tapıb.

***

İki dəfə rəsmi nikaha girib. İlk dəfə Özbəkistanın xalq artisti, məşhur rəqqasənin qızı Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Aydan, Alagöz və Lara adlı 3 qızı dünyaya gəlib.

İkinci dəfə İ Moiseyev adına Rəqs ansamblının solisti, əslən gürcü çar nəsli Baqrationlardan olan Varvara Salahova ilə ailə həyatı quran Tahir Salahovun bu evlilikdən İvan Salahov adlı oğlu dünyaya gəlib.

***

Rəssamın qızları Alagöz Salahova və Aydan Salahova ataları kimi rəssamdır. Aydan əvvəl bioloq olmaq istəyirmiş, o, atasının təkidi ilə bu sahəni seçir. Alagöz Salahovanın Moskvada “Alagöz” adlı prodüser mərkəzi fəaliyyət göstərir. Aydan Salahova isə bir neçə il bundan əvvəl çılpaq fotoları ilə gündəm olmuşdu.

***

Tahir Salahovun oğlu İvan Salahov da yaradıcılıq sahəsində çalışır o, bərpaçı rəngkardır.

Dünya şöhrətli fransız modelyer Pyer Kardin onun haqqında deyib: “Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir”.

***

Tahir Salahov müsahibələrinin birində qeyd edir ki, atam işdən gələndən sonra masanın üzərinə bir manat qoyub bizə son dövrlərdə çıxan filmlərdən rəsmlər çəkməyi tapşırır, özü yatmağa gedirdi. Biz üç qardaş iki, üç saat rəsmlər çəkirdik. Bir-birimizin bəhsinə ən yaxşı rəsmi çəkməyə çalışırdıq. Ən yaxşı şəkil çəkən pulu qazanırdı.

***

Xalq rəssamı 21 may 2021-ci ildə 92 yaşında Almaniyada vəfat edib.

# 2624 dəfə oxunub

Oxşar xəbərlər

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər