Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib
11 dekabr 2024
# 17:02

Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş “Səttarın Füzulisi” adlı sərginin açılışı olub.

Kulis.az xəbər verir ki, Məhəmməd Füzulinin 530 illiyi çərçivəsində təşkil olunmuş sərgi rəssamın ev-muzeyində təşkil edilib.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova Səttar Bəhlulzadənin yaradıcılığında Füzuliyə, şairin "Leyli və Məcnun" poemasının baş qəhrəmanlarına həsr edilmiş əsərlərindən danışıb, sərginin yaranma ideyası barədə məlumat verib. P.Abdinova "Səttarın Füzulisi" adlı kataloqun ilk nüsxəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən Suraxanı rayonunun icra başçısı Adil Əliyev çıxışında Səttar Bəhlulzadənin təsviri sənət tariximizdəki yeri və rolu barədə söhbət açıb. İcra başçısı bildirib ki, rayon icra hakimiyyəti olaraq ev-muzeyinin qorunub saxlanılması naminə bundan sonra da zəruri işlər görüləcək. A.Əliyev icra hakimiyyətinin arxivində saxlanılan Səttar Bəhlulzadəyə aid təltifnamənin orijinalını muzeyə hədiyyə edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Səttar Bəhlulzadə yaradıcılığında sözə, ədəbiyyata, görkəmli ədiblərə xüsusi yanaşma barədə fikirlərini bölüşüb, Xalq rəssamının poeziyaya sevgisinin əsərlərində əhatəli şəkildə ifadə olunduğunu bildirib. İ.Fəhmi Füzulinin yaradıcılığında rənglərlə bağlı beytləri yada salıb, görkəmli şairdən bir sıra sitatlar gətirib.

Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Səttar Bəhlulzadənin həyat və yaradıcılığına nəzər salıb. O, görkəmli rəssamın əsərlərindəki ana xətt, əsas motivlər və üslub məsələlərindəki özünəməxsusluğu xüsusi vurğulayıb.

Çıxışların ardınca Füzuli, Məcnun və Leylinin Xalq rəssamı tərəfindən təsvir edilmiş obrazlarının əks olunduğu videoçarx nümayiş olunub.

Tədbir muğam üçlüyünün — Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Məmməd Nəcəfov, tarzən Valeh Allehverdiyev, kamança ifaçısı Fərrux Haşımlının çıxışı ilə davam edib. Füzulinin qəzəlləri əsasında yazılmış musiqi əsərləri ifa edilib.

Sonda Səttar Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti ilk dəfə nümayiş edilən əsərlərinə baxış keçirilib.


Fot

# 2348 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər