Sərxan Sərxan: “Bu hadisədən sonra Azərbaycan dilində oxudum”

Sərxan Sərxan:  “Bu hadisədən sonra Azərbaycan dilində oxudum”
12 sentyabr 2023
# 18:00

"Sənətdə hər kəs öz yerini bilməlidir".

Kulis.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, müğənni Sərxan Sərxan deyib.

O, bildirib ki, sənətkarlara toxunmaq olmaz.

"Biz heç vaxt böyüyün yanında ağzımızı açıb danışmamışıq. Sənətdə böyük-kiçik olmalıdır. Gənclər özlərini elə aparmalıdır ki, yaşlı nəsil onlardan narazı qalmasın”.

S.Sərxan “Ey gecikən məhəbbətim” mahnısının yaranma tarixindən də danışıb.

“1980-ci illərin əvvəllərində məni tez-tez Moskvadan Bakıya, dövlət konsertlərinə dəvət edirdilər. Bədii rəhbər Maestro Niyazi idi. Heydər Əliyev bu konsertlərdə həmişə iştirak edirdi. Mən də onda fəaliyyətimi Moskvada davam etdirirdim. Repertuarımda mahnılar rus və digər xarici dillərdə idi. Təəssüf ki, öz dilimizdə mahnım yox idi. Tələb də yox idi. Bu konsertdə də rus və ispan dillərində mahnılar oxudum. Konsertdən sonra Ulu Öndər Heydər Əliyev səhnəyə çıxıb ürək sözlərini dedi. Mənə çatanda rus dilində danışdı. Dedim ki, mənimlə də Azərbaycan dilində danışın. Dedi ki, bəs niyə öz dilimizdə oxumursan?! Gedib evdə də danışdım. Dedilər ki, düz deyir. Bibim oğlu mənə Tofiq Bayramın şeirlərini gətirdi. “Ay gecikən məhəbbətim” şeirinə musiqi bəstələdim. Mahnı populyar oldu. Ulu Öndər vaxtilə mənə bu sözləri deməsəydi, heç mahnı da yaranmayacaqdı. Mahnının yaranmasında onun çox böyük rolu oldu”.

# 7434 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər