“Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olundu

“Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olundu
11 mart 2023
# 11:59

Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illik yubileyi Akademik Milli Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə qeyd olunub.

Kulis.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edib, milli teatrımızın tarixindən, keçdiyi inkişaf yolundan danışıb, tamaşaçıları təbrik edib.

Yubiley tədbirində Akademik Milli Dram Teatrının görkəmli aktyorları – Xalq artistləri Rafiq Əzimov, Ramiz Məlik və Hacı İsmayılova təbrik məktubu və hədiyyə təqdim olunub.

Daha sonra tamaşa nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.

Tamaşada Xalq artistləri Sabir Məmmədov, Cəfər Namiq Kamal, Əli Nur, əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Elnar Qarayev, Şəlalə Şahvələdqızı, Məzahir Cəlilov, Aslan Şirin, Kazım Həsənquliyev, Ayşad Məmmədov, Mirzə Ağabəyli, Rəşad Bəxtiyarov, aktyorlar İlyas Əhmədov, Şəhla Əliqızı, İlahə Həsənova, Nigar Güləhmədova, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Elnur Qədirov, Elçin Əfəndi, Vüsal Mustafayev, Elsevər Rəhimov çıxış edib.

# 5025 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər