“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş
2 mart 2026
# 12:10

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Sənət dialoqu” adlı yeni layihə başlayıb.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) prorektoru, xoreoqraf və pedaqoq, Xalq artisti Təranə Muradova ilə görüş təşkil olunub.

Tədbir BXA, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə keçirilib.

Əvvəlcə çıxış edən MEMİM-in direktoru dosent Vüqar Hümbətov layihə haqqında məlumat verib. Qeyd edib ki, məqsəd tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi və onların yaradıcılığının stimullaşdırılmasıdır.

Xalq artisti Təranə Muradovanın ölkəmizdə xoreoqrafiya sahəsinin inkişafına verdiyi töhfələrdən danışan V.Hümbətov yeni xoreoqraflar nəslinin yetişdirilməsində onun mühüm xidmətləri olduğunu bildirib.

Mərkəzi İncəsənət Məktəbinin direktoru professor Könül Hüseynova layihənin əhəmiyyətini vurğulayıb, tanınmış xoreoqrafın sənət yolu və pedaqoji fəaliyyətindən söz açıb.

Təranə Muradova rəqs sənəti haqqında məlumat verib, bu sahənin tədrisi və təbliği məsələlərindən danışıb. Rəqs üçün geyim, milli elementlər, musiqi seçimi və s. problemlər ətrafında söhbət aparılıb. O, “Sənət dialoqu” layihəsinə dəvət olunduğuna görə minnətdarlığını bildirib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

MEMİM-in əməkdaşı Nicat Həsənzadənin moderatorluğu ilə keçirilən tədbirdə BXA, Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Vaqif Mustafazadə adına 2 nömrəli, eləcə də 4 nömrəli incəsənət məktəblərinin şagirdlərindən ibarət rəqs kollektivləri rəngarəng proqramla çıxış ediblər.

# 1323 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər