Sənədli film layihəsinin qalibləri bəlli oldu

Sənədli film layihəsinin qalibləri bəlli oldu
1 may 2025
# 10:00

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı 2025-ci il aprelin 1-də “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə müraciətlərin qəbulunu elan etmişdi. 22-29 aprel tarixlərində baş tutan layihəyə 11 iştirakçı və 4 müşahidəçi qəbul olunmuşdu.

Kulis.az xəbər verir ki, sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin mentorluğu ilə keçirilən layihə yekunlaşıb.

Jüri heyətinin tərkibi AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, rejissor və quruluşçu operatorlar Daniel Quliyev və Oktay Namazovdan ibarət olub.

Jürinin qərarına əsasən layihənin qaliblərini təqdim edirik.

  1. Çəkilişə dəstək mükafatı – “Dado” – rejissor Azər Allahverdi
  2. Xarici layihədə təqdimat etmək üçün səyahət dəstəyi mükafatı – “Səma köçəriləri” – rejissor Aytac Süleymanova, produser Elməddin Süleymanov
  3. Pre-production + tizerə dəstək mükafatı – "Adsız, yaddaş" – rejissor Nərgiz Məmmədli, produser Ələmdar Faiq
  4. Post-productin mərhələsinə dəstək mükafatı – "Cahanın əlifbası" – Rejissor Elcan Məmmədov, produser Zərif Bəkirova.
  5. Logistika dəstəyi mükafatı – "Mənim virtual evim" – Rejissor Ülviyyə Əhmədova, produser Nicat Dadaşov
  6. Pre-production mərhələsinə texniki dəstək mükafatı – "Atılmış kənddə şirin xatirələr" – rejisor Aynur Kazımova


Layihənin qalibləri AKİ tərəfindən maliyyə və təşkilati dəstəklə təmin olunacaqlar.

# 1946 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər