"Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri

"Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri
9 oktyabr 2025
# 16:00

Bu gün şair, yazıçı Günel Mövludun doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifin "Dostuma məktub" şeirini təqdim edir.


Səndən sonra atam öldü xərçəngdən
Qardaşlarım həbs edildi, ikisi...
Səndən sonra uşaq doğdum qürbətdə
Heç üzümü güldürmədi birisi.



Səndən sonra Mövlud öldü, dinmədim.
Səndən sonra dindirmirdi heç məni.
Səndən sonra didərginəm vətəndən,
Hələ neçə ölkə qalıb köçməli?



Səndən sonra ingiliscə öyrəndim
Bir azca da kökəlmişəm - on kilo.
"Xalq düşməni" deyir mənə qohumlar
Anam deyib: "Mənim qızım deyil O!"



Roman yazdım, bu yaxında çıxacaq.
Gözlərimin kənarları qırışıb,
Son zamanlar heç düzələ bilmirəm,
Başağrısı diş dərdinə qarışıb...



Hey gülürəm Sən yadıma düşəndə
Ürəkgetmən, gecə itdən qorxmağın...
Bilirəm ki, darıxmırsan mənimçün.
Kim neyləsin mənim kimi axmağı?



Şəkillərdən görürəm ki, yaxşısan.
Yerindədir sağlamlığın, səhhətin?
Solmayıb ki, gözlərinin yaşılı?
Sınmayıb ki, hələ qəddin, qamətin?



Qurban olum, sən özünə yaxşı bax.
Ağartmasın saçlarını acılar.
Gözəl dostum, Sən qocalma, qorxuram!
Səndə mənim cavanlığım qocalır.


# 2167 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər