"Sən demə, o da mənim pullarımı yeyirmiş" - Aktyordan etiraf

"Sən demə, o da mənim pullarımı yeyirmiş" - Aktyordan etiraf
12 may 2026
# 11:08

Məşhur türkiyəli aktyor Onur Buldu ev sahibi olmaq istəyərkən yaxın dostu tərəfindən aldadıldığını etiraf edib.

Kulis.az xəbər verir ki, tanınmış sənətçi illər əvvəl üzləşdiyi dələduzluq hadisəsinin təfərrüatlarını ilk dəfə ictimaiyyətlə bölüşüb.

Ev almaq xəyalı qurarkən aldadılan aktyor həqiqəti evin rəsmiləşdirilməsi zamanı öyrəndiyini bildirib.

"Sən demə, dostum pulları yeyirmiş..."

Evin pulunu hissə-hissə ödəmək üçün göndərdiyi məbləğin podratçıya heç vaxt çatmadığını öyrənən aktyor yaşadığı problemi illər sonra dilə gətirib. O, podratçı ilə məhz həmin dostunun vasitəsilə tanış olduğunu qeyd edib.

Ödənişləri mütəmadi olaraq yaxın dostuna göndərdiyini qeyd edən sənətçi deyib:

"İşlədikcə ödəyəcəyəm deyə dostuma pul yollayırdım. Sən demə, o da mənim pullarımı yeyirmiş."

Sənəd əməliyyatlarının vaxtı çatanda podratçının ona zəng etdiyini və beləcə həqiqətlə üzləşdiyini deyən aktyor başından keçən bədbəxt hadisəni belə xatırlayıb:

"O mənə dedi ki, sən saf oğlana oxşayırsan. Ödənişi nə vaxt edəcəksən?. Mən də qayıtdım ki, qardaş, mən pulun hamısını ödəmişəm axı. Sən demə, ona heç bir qəpik də pul getməyibmiş."

"Biabırçı bir proses idi"

Hadisə baş verən anlarda aktyor həmkarı Uğur Bilginin də onun yanında olduğunu vurğulayan Onur Buldu vəziyyətin nə qədər sarsıdıcı olduğunu bu sözlərlə ifadə edib:

"Uğur yanımda idi, o an sadəcə məhv oldum. Uğur hətta mənə elə bildim, kimisə itirmişik dedi. Çox biaabırçı və ağır bir proses idi."

# 956 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər