Səməndər Rzayevin xatirə gecəsi keçirildi

Səməndər Rzayevin xatirə gecəsi  keçirildi
15 aprel 2025
# 12:18

Azərbaycan Dövlət Film Fondunda görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Rzayevin anadan olmasının 80 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

Fonddan Kulis.az-a bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, S.Rzayevin çoxşaxəli yaradıcılıq yolu haqqında məlumat verib, onun teatr və kino fəaliyyəti ilə yanaşı, dublyaj sahəsində də şöhrət qazandığını qeyd edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev görkəmli aktyorla birlikdə keçən gənclik illərini xatırladıb, onunla ilk dəfə “Nəsimi” filmində tərəf-müqabil olduğunu bildirib.

Tədbirdə çıxış edən Xalq artistləri Şəfiqə Məmmədova, Rafiq Əzimov, Tariyel Qasımov, sənətşünaslıq doktoru professor İlham Rəhimli tanınmış aktyor haqqında xatirələrini bölüşüblər.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə sənətkarın kino yaradıcılığı haqqında məlumat verib.

Sonda sənətkarın ailə üzvləri adından qızı Rübabə Səməndər çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Tədbir boyu sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx və aktyorun çəkildiyi, dublyaj etdiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

# 2978 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər