Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"
11 may 2026
# 14:40

Dünyaca məşhur aktyor Sem Nil uzun və ağır mübarizədən sonra xərçəng xəstəliyindən tamamilə sağaldığını elan edib.

Kulis.az xəbər verir ki, sənətçi tətbiq olunan eksperimental müalicə metodunun sayəsində amansız xəstəliyə qalib gəlməyi bacarıb.

​Bu sevindirici xəbəri aktyor Avstraliyanın məşhur "7News" telekanalına verdiyi müsahibəsində sevənləri ilə bölüşüb.

Nil hələ 2023-cü ildə qələmə aldığı “Heç sənə bunu demişdimmi?” ("Did I Ever Tell You This?") adlı xatirə kitabında özünə üçüncü mərhələli angiommunoblastik T-hüceyrəli limfoma diaqnozu qoyulduğunu etiraf etmişdi.

​Sənətçinin xəstəliklə mübarizəsi heç də asan keçməyib. O, bir neçə il ənənəvi kimyaterapiya alsa da, zamanla müalicə öz təsirini itirməyə başlayıb və vəziyyəti daha da kritikləşib.

Aktyorun həyatındakı əsas dönüş nöqtəsi isə CAR T-hüceyrə terapiyasının klinik sınaqlarına qatılması olub. Bu innovativ üsul məhz xəstənin öz hüceyrələrinin genetik modifikasiya edilərək xərçəngə qarşı savaşmasına əsaslanır.
​

Ağır müalicə kursundan sonra aparılan tibbi müayinələr Nilin orqanizmində xərçəng hüceyrələrindən əsər-əlamət qalmadığını sübut edib. Həyata yenidən dönən aktyor sevincini bu sözlərlə ifadə edib:

“Çox xoşbəxtəm. Düşünürəm ki, artıq yeni filmdə çəkilməyin vaxtıdır”.

​Onu ölümün pəncəsindən qurtaran həkim və alimlərə dərin minnətdarlığını bildirən Sem Nil xüsusilə vurğulayıb ki, onun sağalması möcüzə deyil, bilavasitə elmin zəfəridir.

Eyni zamanda o, onkoloji xəstəliklərdən əziyyət çəkən hər kəs üçün bu cür müasir müalicə üsullarının gələcəkdə daha geniş və əlçatan olacağına böyük ümid bəslədiyini qeyd edib.

# 1036 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər