Səlim Babullaoğlunun kitabı Danimarkada nəşr olundu

Səlim Babullaoğlunun kitabı Danimarkada  nəşr olundu
22 dekabr 2025
# 13:35

Səlim Babullaoğlunun Kopenhagendə, “Det Poetiske Bureaus Forlag” nəşriyyatında “Bureauets Lommebibliotek” (“Büronun cib kitabları”) seriyasından “Həyatın rəngbərəng paltarları” adlı seçmə şeirlər kitabı nəşr edilib.

Kulis.az xəbər verir ki, 25 şeirin daxil olduğu kitabı Danimarka dilinə orijinaldan Hüseyin Duyğutərcümə edib.

Kitabın ön söz müəllifi və redaktoru tanınmış Danimarka şairi Nils Havdır.

Nis Hav “Yeni ədviyyatlar” adı verdiyi qısa giriş məqaləsində yazır:

“Səlim Babullaoğlunun Danimarka dilindəki bu şeirlər kitabı mühüm bir hadisədir. Danimarkalı oxucular ilk dəfədir ki, müasir Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanı qazanırlar.

Səlim Babullaoğlu ölkə müstəqillik qazananda on doqquz yaşında idi. Yeni azadlıq gənc şairlər üçün geniş meydan açdı və o, böyük enerji ilə fəaliyyətə başladı; Babullaoğlu hekayələr, esselər və publisistik yazılar yazsa da, hər şeydən əvvəl şairdir. Şövqlə və böyük maraqla dünyanın hər yerindən olan yeni poeziya ilə tanış olmuş, T.S. Eliot, X. L. Borxes, O.Vəli, B.Pasternak, Ç. Miloş, T.Tranströmer, İ. Brodski və bir çox başqalarının kitablarını tərcümə etmişdir.

Beləliklə, Danimarka dilində təqdim olunan bu müəllif böyük dünya görüşünə malik təcrübəli bir şairdir. Səlim Babullaoğlu real dünyadakı gündəlik həyat haqqında sadə şeirlər yazır. Onu ümumbəşəri təcrübələr: uşaqlıq, gənclik, yetkinlik düşündürür. Gündəlik həyatın çeşidli çətinlikləri üçün məsuliyyət daşımaq.

Bu şeirlərin hər misrasında bir dərin həsrət və fanilikdən agahlıq var. “Oğlumla söhbətlər” və “Atama” kitabın məhrəm və yaxınlıq atmosferini duyduran səciyyəvi başlıqlardır.

“Səhərlər şəklinə, / Axşamlar güzgüyə baxıram. / Elə belə qocalıram”. Yaxud başqa bir şeirində yenə gerçəkçi əqlinəticəyə gəlinir: “bu dünya hamının barmağına fanilik halqası keçirdir”.

Səlim Babullaoğlu varlığın təməl dəyərlərinə: sevgiyə, ailəyə və nəslə fokuslanır.

Bunlar səmimi hisslərlə aşılanmış, dünyanın hər yerində hər kəs üçün anlaşılan güclü şeirlərdir”

# 1679 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər