Səlim Babullaoğlu oxucularla görüşdü

Səlim Babullaoğlu oxucularla görüşdü
8 oktyabr 2024
# 09:10

Oktyabrın 7-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin katibi şair- tərcüməçi Səlim Babullaoğlu ilə oxucular arasında görüş və imza saatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə o, şeirlərini səsləndirib, oxucularla geniş fikir mübadiləsi aparıb. Səlim Babullaoğlu öz əsərlərində ədəbi irsimizin qorunub saxlanılması və onun müasir dövrdə yenidən dəyərləndirilməsi haqqında düşüncələrini bölüşüb və iştirakçıların suallarını cavablandırıb.

Vurğulanıb ki, Səlim Babullaoğlu Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan qələm sahibidir və onun əsərləri oxucular tərəfindən maraqla qarşılanır. Qeyd olunub ki, sərgi çərçivəsində keçirilən bu cür tədbirlər oxucuların yazıçılarla birbaşa ünsiyyət qurmasına, ədəbi mühitlə daha yaxın tanış olmasına şərait yaradır. Xüsusilə gənc oxucuların belə görüşlərdə iştirak etməsi onların ədəbiyyata marağını artırır və yaradıcı şəxslərlə əlaqələrini gücləndirir. Həmçinin vurğulanıb ki, belə tədbirlər Azərbaycan mədəniyyətinin inkişafı və milli ədəbiyyatın təbliği baxımından da böyük əhəmiyyət daşıyır.

Görüşün sonunda müəllif gələcək layihələri, yeni əsərləri barədə danışıb və kitablarını oxucular üçün imzalayıb.

# 2457 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər