Səidə Quliyeva: ""Molla Nəsrəddin" çəkilir, amma mənə heç bir təklif gəlməyib"

Səidə Quliyeva:  ""Molla Nəsrəddin" çəkilir, amma mənə heç bir təklif gəlməyib"
10 aprel 2025
# 16:50

"Molla Nəsrəddin" çəkilir. O filmdə bütün türkdilli xalqlardan aktyor və aktrisalar çəkiləcək. Filmə başlamazdan 1-2 il əvvəl Vaqif Mustafayev mənə dedi ki, "Molla Nəsrəddin"i çəkəcəyəm, sən orada varsan, amma hansı rol olduğunu demədi. İndi artıq işlərə başlanılıb. Bilmirəm, çəkilişlər indi ,gedir, ya yox. Gedirsə də, başqa ölkələrdə gedir, amma mənə heç bir təklif gəlməyib. Yəqin ki, Azərbaycanda çəkiləndə mən də çəkilərəm".

Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Səidə Quliyeva deyib.

O, tamaşaların aşağı səviyyəli olduğunu, buna görə də rol təkliflərini qəbul etmədiyini qeyd edib:

"Mən həmişə Vaqif müəllimin filmlərində oynamışam. Gələn təklifləri qəbul eləmirəm. Rejissorlar məni qane eləmir. Tamaşalar da çox aşağı səviyyəlidir. Mənə bir neçə tamaşada rol vermişdilər, xoşuma gəlmədi deyə razılaşmadım. İnsan gərək özünə qiymət verməyi bacarsın. Mən pula görə çəkilə bilərəm, amma mən heç vaxt prinsiplərimi pula dəyişmərəm. Mən həmişə sənətimi hər şeydən üstün tutmuşam".

# 2934 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər