“Səhra qartalı” kitabının təqdimatı olub

“Səhra qartalı” kitabının təqdimatı olub
6 may 2025
# 09:15

Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı-publisist Reyhan Mirzəzadənin yeni nəşr olunmuş “Səhra qartalı” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə İkinci Dünya müharibəsinin 80 illiyi və sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mixail Şoloxovun anadan olmasının 120 illiyi ilə bağlı film nümayiş olunub.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə kitab barədə məlumat verib. Onun sözlərinə görə, yeni nəşr olunan əsər İkinci Dünya müharibəsinin 80 illiyi çərçivəsində görkəmli rus yazıçısı Mixail Şoloxovun həyatı və yaradıcılığına həsr olunub.

Kitabın müəllifi Reyhan Mirzəzadə də yeni kitabı barədə məlumat verib.

Qeyd edək ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev və digər çıxışçılar Reyhan Mirzəzadənin çoxşaxəli yaradıcılığından, onun ədəbiyyata verdiyi töhfələrdən danışıblar.

# 2054 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər