Şəhid övladlarının “Məzun günü” qeyd olundu

Şəhid övladlarının “Məzun günü” qeyd olundu
13 iyun 2023
# 17:50

“ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının "Məzun günü" adlı tədbir keçirlib.

Kulis.az xəbər verir ki, əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında şəhid övladlarına hər cür qayğı və diqqətin vacib olduğunu vurğulayıb. "Bu il mənim övladım da daxil 30 dan artıq şəhid yadigarı olan şagird məzun olur. Mən onları öz balalarım kimi çox istəyirəm. Əminəm ki, bundan sonra onlar istər ali təhsil alaraq, istərsə də peşə təhsilinə yiyələnərək həm öz valideynlərinə, həm də Vətənə daha layiqli övlad olmağa çalışacaqlar", - deyə Sevinc Orucova bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə çıxışında şəhid övladlarının Azərbaycan xalqına və Vətənə əmanət olduqlarını söyləyib: "Şəhid övladları bizə əmanətdir. Bu əmanətə sadiqlik hər bir vətəndaşımızın mənəvi borcudur".

Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında bu cür tədbirlərin keçirilməsinin vacibliyi qeyd edib və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov da şəhid övladlarına göstərilən diqqətin hər birimiz üçün mənəvi borc olduğunu bildirib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov məzun olan şəhid övladlarına öz ürək sözlərini və təbriklərini çatdırıb.

“Dəmirörən Holdinqin” Bakı nümayəndəsi Elçin Əhmədov isə çıxışında qeyd edib ki, Azərbaycanda və Türkiyədə ali təhsil alacaq şəhid övladları xüsusi təqaüd proqramından yararlana biləcəklər.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Sevilən bəstəkar-müğənni Sevinc Ağasıyeva (Sivva) məzunlar üçün vətənpərvərlik ruhunda bir neçə ifasını təqdim edib. Sənətçi sonda müəllifi olduğu məşhur "Əziz müəllimim" mahnısını məzun olan şəhid övladları ilə birlikdə oxuyub.

# 1837 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər