Şəddat Cəfərovun hekayələr kitabı ingilis dilində çap olundu

Şəddat Cəfərovun hekayələr kitabı ingilis dilində çap olundu
16 dekabr 2025
# 15:13

Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərovun “Ötən illərin əhvalatları” (“Stories of Years Gone By”) adlı yumoristik hekayələr kitabını çap olunub.

Kulis.az xəbər verir ki, kitab ingilisdilli oxucular üçün nəzərdə tutulub və hekayə mətnlərini ingilis dilinə Kamran Nəzirli tərcümə edib.

Kitabın üz qabığının dizayneri və tərtibatçısı Mülayim Vəliyevadır.

Kitaba müəllifin ötən əsrin 70-ci illərində qələmə aldığı 31 hekayəsi daxil edilib. Mövzusunu həyatdan götürən yumorlu hekayələrin əsas mahiyyəti komik hadisə və insanların arzuolunmaz cəhətlərini açır, oxucuda incə gülüş yaradır və əlbəttə ki, tərbiyəvi əhəmiyyət daşıyır.

Bu, qocaman alim, publisist və yazıçının sayca altıncı kitabıdır və müəllifin bildirdiyinə görə, “Ötən illərin əhvalatları” artıq beş dildə çap olunub.

Azərbaycan poliqrafiya sənətinin inkişafında əvəzsiz xidmətləri olmuş Şəddat Cəfərov bu gün də yorulmadan çalışır, öz bilik və bacarıqlarını gənclərdən əsirgəmir. Şəddat müəllim poliqrafiya sahəsində çalışmaqla yanaşı, ictimai fəaliyyətlə və bədii yaradıcılıqla da məşğul olur. Kitaba daxil edilən bir sıra hekayələri, o cümlədən, "Mədəni adam", "Qovaq ağacı", "Yaxşısı budur dözək", "Həbib dayı və müdir bəy", "Arayış", "İmtahan", "Bəs təhqir olunmuş qalaq?", "Vəd" və s. kimi incə yumorlu hekayələri bu gün də aktualdır, sosial-ictimai həyatda baş verən reallıqları əks etdirir.

# 1340 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər