“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda
6 mart 2026
# 17:53

Ustad aşıq Dədə Ələsgərin yaradıcılığını əks etdirən yeniyetmələr üçün “Sarı köynək” adlı yeni kitab çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitabda Aşıq Ələsgərin külliyatından seçmə əsərlər toplanıb. Kitab 12 yaşdan yuxarı məktəblilər üçün nəzərdə tutulmuş ilk xüsusi topludur.

Kitaba “Sarı köynək” adının verilməsi təsadüfi deyil. Bu, Aşıq Ələsgərin ən tanınmış və sevilən şeirlərindən biri olmaqla yanaşı, həm də uşaqlar üçün asanlıqla yadda qalacaq addır. Burada haqq aşığının şeirləri, dastan və rəvayətləri, xatirələri, deyişmələri və onun yaradıcılığına aid bir çox digər nümunələr yer alıb.

Müasir tərzdə tərtib olunan kitab fərqli illüstrasiyalarla zənginləşdirilib. Nəşrdə yer alan 13 müxtəlif bölmə istedadlı rəssam Orxan Qarayev tərəfindən hazırlanmış, bir-birindən maraqlı məna və obrazları əks etdirən rəsmlərlə tamamlanıb. Kitabın üz qabığı da fərqli – mücərrəd üslubda hazırlanaraq Aşıq Ələsgərin şəxsiyyətini və yaradıcılığını simvolik şəkildə təcəssüm etdirir.

Aşıq Ələsgər yaradıcılığını əks etdirən “Sarı köynək” kitabının nəşrə hazırlanması və dizaynının müasir standartlara uyğunlaşdırılması layihəsi dahi şairin nəslinin nümayəndəsi, onun kötücəsi Aysel Zahidqızının təşəbbüsüdür. Bundan başqa o, balacalar üçün xarici dillərdə olan kitabları tərcümə etməklə, Azərbaycan uşaq musiqi tarixində unudulmaz iz qoyan bir sıra mahnıları toplayaraq “Doğma mahnılar” adı altında nəfis tərtibatda uşaq musiqi kitabı nəşr etdirməklə də uşaq ədəbiyyatına öz töhfələrini verib.

“Sarı köynək” layihəsinin əsas məqsədi aşıq sənətini daha müasir tərtibatda kitab halında təqdim etməklə azyaşlı oxucularda bu sənətə maraq oyatmaqdır.

Kitab TEAS Press Nəşriyyat Evinin “3 alma” Uşaq Ədəbiyyatı bölməsi tərəfindən nəşrə hazırlanıb və Türkiyədə çap olunub.

# 1482 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər