“Sarı Aşığın dastanı” tamaşasının premyerası oldu

“Sarı Aşığın dastanı” tamaşasının premyerası oldu
19 iyul 2023
# 12:20

Laçında “Sarı Aşığın dastanı” tamaşasının premyerası olub.

Kulis.az xəbər verir ki, tamaşanı “Səhnə” teatrı təqdim edib.

Tamaşanın prodüsseri Elçin Hacı bildirib ki, “Yaxşı və Aşıq” dastanının motivlərindən istifadə edilməklə Xaqani Əliyevin qələmə aldığı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqrafı Zaur Əliyevdir.

Tamaşa Azərbaycanda bayatı janrının poetik imkanlarının açılmasında misilsiz xidmətləri olmuş, XVII əsrdə Laçının Güləbird kəndində yaşamış, şair Sarı Aşığın nakam məhəbbətindən bəhs edir.

Buludların arasından yerə enən Mələyin verdiyi sevgi badəsini içən gənc Abdullanın qəlbində eşq yuva salır, onu “Haqq Aşiqinə” çevirir. Aqillər deyiblər ki, Eşq hər qəlbdə qərar tutub qalmır. Bəs, qalsa nə olar? Onu ordan çıxarmaq olarmı? Məcbur etsələr də Aşiq qəlbindəki eşq alovunu söndürə bilmir. O, Yaxşısına qovuşmaq ümidi ilə, zülmətin içindən, sonunda işıq gördüyü yola çıxır. İnsanlar onu anlamaq istəmir, qarşısını kəsir, mənən əzir, döyürlər. Aşiq ölümlə üzləşir, lakin yolundan yenə də dönmür.

Qeyd edək ki, tamaşadakı obrazları aktyorlar Əməkdar artist Vaqif Kərimov, Ramil Məmmədov, Əhliman Ərşadlı, Mirzə Səfərov, Elçin Əmirov, Nazlı Quliyeva, Rəvan Hüseynzadə, Kənan Balakişiyev, Məleykə Cəfərova, Elvin Abbasov və Rəhimə Abdinova oynayıblar.

# 2098 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər