Şanxay Beynəlxalq Film Festivalı yenidən fəaliyyətə başlayır

Şanxay Beynəlxalq Film Festivalı yenidən fəaliyyətə başlayır
5 aprel 2023
# 14:32

2022-ci ildə pandemiya səbəbindən ləğv edilən 25-ci Şanxay Beynəlxalq Film Festivalı yenidən fəaliyyətə başlayacaq.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, festival cari il iyunun 9-dan 18-dək keçiriləcək.

Festivalın təşkil edilməsinin ləğvi qərarından bu günə kimi təşkilatçılar dünyanın 128 ölkə və regionundan təxminən 8,8 minə yaxın film layihələri qəbul ediblər.

Qeyd edək ki, Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən təşkil olunur. Müxtəlif vaxtlarda festivalın münsiflər heyətinin üzvləri Oliver Stoun, Karen Şahnazarov və bir çox başqa tanınmış kinematoqrafçılar olublar. Bu festival çoxdan regional tədbir olmaqdan çıxaraq təkcə Asiyadan deyil, dünya kinosundan da bir çox ulduzları özünə cəlb edir. Bu illər ərzində festival Çin kinematoqrafiyasının inkişafının şahidi olub, eyni zamanda beynəlxalq mübadilə və mədəni əməkdaşlıq platformasına çevrilib.

# 2218 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər