Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi... - Norman Meylerdən sitatlar

Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi... - Norman Meylerdən sitatlar
10 noyabr 2025
# 13:40

10 noyabr məşhur amerikalı yazıçı, ssenarist, rejissor Norman Meylerin ( Norman Mailer) anım günüdür.

Kulis.az bu münasibətlə yazıçının əsərlərindən sitatları təqdim edir.

“İnsanların gizlətdiyi bıçaqları görə bilməzsiniz".

("Marilyn" əsərindən)

“İnsanlar yaşadığı müddətdə onların nə qədər möhtəşəm olduğunu necə olur da anlamırıq? Niyə bir insanın kim olduğunu görmək üçün onun ölməsini gözləyirik?”

("Döyüş" əsərindən )

“Yaşın sayı, tabutun mismarlarının sayıdır”.

("Cəlladın mahnısı" əsərindən )

“Əgər qulaq asarsansa, ağrı – susmağı bacarmayan pis bir natiqdir".

("Cəlladın mahnısı" əsərindən )

“Bir ölkənin gələcəyi siyasətçilərin vədlərində deyil, uşaqlarının oyunlarında və xəyallarındadır”.

("Cüyürlü park" əsərindən )

“Əslində, bir kişinin əmin olduğu şeylər arasında boşluqdan başqa heç nə yoxdur".

("Amerika yuxusu" əsərindən )

“Yarpaqlar – sarı, qəhvəyi, boz, qırmızı və ölü ağlığında ağ yarpaqlar – quru küləkdə xəyallar kimi düzülüb keçirdilər; uğultuları ilə quşları qorxutdular. Uzun-uzadı təxmin yürütməyə dəyməz: səhvlərlə, cahilliklə və mübarizə ilə dolu bu həyatda gerçək olan bir şey varmı? Yalnız həqiqətin kölgələri olan bizlərdən başqa?”

("Cəlladın mahnısı" əsərindən )

“Onun son qərarları çox dəqiq idi; qərar vermək üçün sonsuza qədər düşünərdi, amma bir dəfə qərar verdimi, bir daha geri baxmazdı”.

("Amerika yuxusu" əsərindən )

“Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi...”

("Çılpaq və ölü" əsərindən )

“Düşünürəm ki, heç kimdən heç nə istəməyən bir tərəfim var və bəlkə də onların məndə sevdiyi şey elə bu idi".

("Amerika yuxusu" əsərindən )

“Ağrı heç susmayan, yalnız yeni mövzular tapan cansıxıcı bir həmsöhbətdir”.

("Cəlladın mahnısı"əsərindən )

“Ən cəsur insanlar – ən böyük qorxularını məğlub etmiş olanlardır”.
("Cəlladın mahnısı" əsərindən )

“O, bir çiçəyə elə baxa bilərdi ki, sanki həyatında ilk dəfə bir çiçək görür...”
("Marilyn" əsərindən )

# 1567 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər