Şakira haqqında məhkəmə qərarı

Şakira haqqında məhkəmə qərarı
18 may 2026
# 13:33

İspaniya Ali Məhkəməsi vergi fırıldaqçılığı işi üzrə kolumbiyalı dünyaşöhrətli müğənni Şakiraya bəraət verib.

Kulis.az xəbər verir ki, bu barədə müvafiq məhkəmə sənədinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

70 milyona yaxın vəsait geri qaytarılacaq

Məhkəmə ulduza bəraət qazandıraraq İspaniya Maliyyə Nazirliyinin ona 69,8 milyon dollardan çox məbləği (ödədiyi cərimələr və faizlər şəklində) geri qaytarmasına dair qərar çıxarıb.

Sənətçi 2012-2014-cü illər ərzində İspaniya dövlət xəzinəsinə 14,5 milyon avro həcmində vergi ödəməkdən yayınmaqda ittiham olunurdu.

Səkkiz illik həbs təhlükəsi və məhkəmə ilə razılaşma

2022-ci ilin yayında İspaniya prokurorluğu Şakiranın səkkiz il iki ay müddətinə azadlıqdan məhrum edilməsini, eləcə də vergiləri ödəmədiyi üçün ondan əlavə olaraq 23 milyon avro məbləğində cərimə tutulmasını tələb etmişdi. İfaçı isə öz növbəsində İspaniya hökuməti qarşısında heç bir ödənilməmiş borcunun olmadığını və qanunları pozmadığını israrla iddia edirdi.

Bütün bunlara baxmayaraq, 2023-cü ildə Şakira məhkəmə proseslərindən və həbsxana təhlükəsindən qurtulmaq üçün dövlətlə razılaşmaya getmiş və 15 milyon dollar ödəmişdi. Ali Məhkəmənin bugünkü qərarı isə illərdir davam edən səs-küylü prosesə müğənninin xeyrinə son qoyub.

# 1081 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər