"Şair Moşu Göyəzənlinin uşaqlarının anası..." - Afaq Bəşirqızı-70

"Şair Moşu Göyəzənlinin uşaqlarının anası..." - Afaq Bəşirqızı-70
15 avqust 2025
# 11:00

15 avqust Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.

Kulis.az bu münasibətlə aktrisanın həyatı, fəaliyyəti ilə bağlı maraqlı faktları və onun Söylü rolunu ifa etdiyi məşhur "Bəxt üzüyü" filmindən fraqmenti təqdim edir.

Afaq Bəşirqızı (Afaq Bəşir qızı Səfərova) — 15 avqust 1955-ci ildə Bakı şəhərində, görkəmli aktyor Bəşir Səfəroğlunun ailəsində dünyaya göz açıb.

Azərbaycan teatr və kino sənətinin sevilən simalarından olan Afaq xanım, özünəməxsus sənət üslubu və güclü xarakter rolları ilə tamaşaçıların qəlbində dərin iz buraxıb.

Aktrisalığa 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayan sənətkar, 1975–1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib.

1989-cu ildən etibarən isə Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisasıdır.

Klassik və müasir dramaturgiyaya əsaslanan rolları ilə səhnədə yadda qalan çıxışlar edən Afaq Bəşirqızı, həm də kino və televiziya sahəsində məhsuldar fəaliyyət göstərib.

Xüsusilə, "Bəxt üzüyü" filmində canlandırdığı Söylü obrazı bu gün də tamaşaçıların sevə-sevə xatırladığı rollardandır.

O, "Afaq gülür, güldürür" televiziya şousu ilə geniş auditoriyaya yumorun və incə satiranın gücünü göstərib.

Eyni zamanda pedaqoq kimi uzun illər Mədəniyyət və İncəsənət Universitetində çalışıb, professor elmi adına layiq görülüb.

Qeyd edək ki, bir çox fəxri adlara və nüfuzlu mükafatlara layiq görülən Xalq artisti Azərbaycan Prezidentinin sərəncamı ilə ötən gün

"Şərəf" ordeni ilə təltif edilib.

# 2083 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər