Uels şahzadəsi Diananın qardaşı Qraf Spenserin bacısı haqqında qələmə aldığı və hələ işıq üzü görməmiş "Swan Song: Diana, My Sister" ("Yubiley: Bacım Diana") kitabının Niderland dilindəki 4 nüsxəsi yük maşınından oğurlanıb.
Kulis.az xəbər verir ki, hadisə sürücünün avtodayanacaqda yatdığı vaxt baş verib.
Niderland polisi faktla bağlı araşdırmalara başlayıb.
Diananın ölümünün 30-cu ildönümü ərəfəsində çap olunan əsər şahzadənin həyatını qardaşının baxış bucağından təqdim edir.
Qraf Spenser kitabında Diananın real obrazını və xatirələrini bölüşmək istədiyini deyib.
Qeyd edək ki, 2023-cü ildə Şahzadə Harriyə aid "Spare" memuarı da rəsmi satış tarixindən bir neçə gün əvvəl İspaniyada oğurlanmışdı.
Şahzadə Diana haqqında yazılan kitab oğurlandı
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026