Sabit Rəhmanın şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edildi

Sabit Rəhmanın şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edildi
19 iyun 2025
# 18:39

Azərbaycanın görkəmli yazıçı-dramaturqu Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Azərbaycan Milli Kitabxanasının Arxiv fonduna hədiyyə edilib.

Kulis.az xəbər verir ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu addımı bir sıra görkəmli şəxsiyyətlərin ailə üzvləri üçün örnək, yaxşı nümunə kimi dəyərləndirib. Bu işin əsasının 30 il əvvəl Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Kərim Tahirov bildirib ki, 1995-ci ilin iyununda Ulu Öndər Milli Kitabxanaya ilk dəfə gələrkən şəxsi kitabxanasından təxminən 300 kitab bağışlayıb. O, bu gün həmin kitabların əhəmiyyətli bir kolleksiya kimi Milli Kitabxananın foyesində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşədə nümayiş olunduğunu diqqətə çatdırıb.

Sonra direktor Ulu Öndər Heydər Əliyevin Milli Kitabxanaya ilk gəlişi zamanı çıxışında dediyi “Mən bu kitabları Milli Kitabxanaya bağışlayıram və inanıram ki, bizim ziyalılarımız, alimlərimiz, vətəndaşlarımız da bu ənənəni davam etdirəcəklər” sözlərini xatırladıb.

Çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirli Sabit Rəhmanın yaradıcılığına toxunaraq ədibin həyat tərzini, ruhunu əks etdirən kitabların Milli Kitabxanaya verilməsinin çox gözəl ənənə olduğunu və gələcək nəsillərə nümunə olacağını söyləyib.

Tədbirdə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva çıxış ediblər. Onlar öz çıxışlarında Sabit Rəhmanın ədəbi fəaliyyətindən, ssenari müəllifi olduğu filmlərdə, əsərlərində şəxsiyyət və cəmiyyət probleminə toxunmasından və s. bəhs ediblər. Eyni zamanda, Azərbaycan Milli Kitabxanasının xarici ölkələrdə və respublikamızdakı şəxsi kitab kolleksiyalarında mühafizə olunan Azərbaycana və onun görkəmli şəxsiyyətlərinə dair ədəbi və mədəni irs nümunələrinin kitabxananın arxiv fondlarına toplanması istiqamətində gördüyü işləri çox yüksək qiymətləndirərək Milli Kitabxananın rəhbərliyinə və kollektivinə bu yolda uğurlar arzulayıblar.

Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudova Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirib. Sabit Rəhmanın gözəl insan və ailə başçısı olduğunu söyləyərək babası haqqında xatirələrini bölüşüb.

Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əməkdar incəsənət xadimi Sabit Rəhman” adlı elektron məlumat bazasının və eyniadlı virtual sərginin təqdimatı olub.

# 1497 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər