Sabirabadda kitab sərgisi təşkil olundu

Sabirabadda  kitab sərgisi təşkil olundu
12 yanvar 2024
# 16:05

Sabirabadda ilk dəfə “Mücrü” nəşriyyatının kitab sərgisi təşkil olunub

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq, Sabirabad rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının birgə təşkilatçılığı ilə "Hophopnamə" Kitab Mərkəzində “İkinci həyat” adlı kitab sərgisi keçirilib.

Sərgidə "Mücrü" nəşriyyatının nəşr etdiyi yerli və xarici ədəbiyyatlar şərti qiymətlərlə (1-2 manat) satışa çıxarılıb.

Sərginin açılışında Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad rayon İcra Hakimiyyəti başıçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, regionda mütaliə mədəniyyətinin inkişaf etdirilməsində kitab sərgilərinin keçirilməsinin vacib əhəmiyyətindən söz açıblar.

"Mücrü" nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xan da öz növbəsində çıxış edərək, sərginin təşkil olunmasında yaradılan şəraitə görə minnətdarlığını bildirib, “Hophopnamə” Kitab Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Naşir eyni zamanda bildirib ki, "Mücrü" nəşriyyatı tərəfindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi regionda yazıb-yaradan yazıçı və şairlərin seçilmiş əsərlərindən ibarət antologiya nəşr olunacaqdır.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və "Mücrü" nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələcək antologiyanın “Hophopnamə” Kitab Mərkəzində təqdimatının keçiriləcəyi də ictimaiyyətə bildirilib.
Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin, müəllim və məktəblilərin iştirak etdiyi sərgidə “Mücrü” nəşriyyatının çap etdiyi dünya və yerli ədəbiyyat nümunələri ilə bərabər, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər də təqdim olunub.

Sərgi kitab və mütaliəni təbliğ edərək populyarlaşdırmaq, ziyarətçilərə həm yerli, həm də xarici yazarların əsərlərini tanıtmaq, nəşriyyatları kitab mərkəzləri ilə əməkdaşlığa təşviq edərək regioanlarda kitab sərgilərinin keçirilməsini adət halına çevirmək məqsədini daşıyır.

Çoxsaylı ziyarətçilərin iştirakı ilə həyata keçirilən sərgi regionda yaşayan əhali tərəfindən böyük marağa səbəb olub.

Qeyd edək ki, “Hophopnamə” Kitab Mərkəzində artıq "Mücrü" nəşriyyatının kitabları da yer alır.

# 3104 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər