Sabina Nasifin yeni kitabı nəşr olundu

Sabina Nasifin yeni kitabı nəşr olundu
15 may 2025
# 11:30

Yazıçı Sabina Nasifin “Səmada görüş” adlı yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, yazıçının sayca ikinci kitabı olan “Səmada görüş” fəlsəfi romandır.

Müntəzəm olaraq səyahət edən yazar, “Səmada görüş” əsərində əfsanəvi Şərq ölkələrinə və daxili dünyasına etdiyi səyahətləri bir araya gətirir və bu iki aləmin kəsişdiyi nöqtədə kəşf etdiyi həyatın təbii harmoniyasını oxucuları ilə bölüşür. Belə ki, romanda gənc ana olan Səda övladına daha yaxşı valideyn ola bilmək üçün uzun bir yolçuluğa yollanır. Yol boyunca illər ərzində üzərinə geyindiyi müxtəlif kimlikləri bir-bir soyunaraq, içindəki uşaqla üz-üzə gəlir. Səda içindəki bu uşağa qucaq açacaqmı? Ona sevgi verib, özünün və övladının qarşısında möhkəm dayana biləcəkmi? Kitab oxucunu yalnız bir ananın həyat hekayəsi ilə tanışlığa deyil, həm də insanın özünə doğru dərin bir fəlsəfi səyahətə dəvət edir.

“Bəs, sizcə, Allah bir ana ola bilərdimi? O, bir ana idisə, dünya artıq anadan olmuşdumu?” – kitab oxucunu sorğulayan, daxili aləminə enməsini tətikləyən bir romandır.

Qeyd edək ki, kitabın imza günü 25 may, saat 16:00-da Crescent Mall, Əli və Nino kitab mağazasında keçiriləcək.

# 1845 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər