Rüstəm İbrahimbəyovun kitabları nəşr olundu

Rüstəm İbrahimbəyovun kitabları nəşr olundu
2 fevral 2024
# 14:09

Dünya şöhrətli dramaturq, görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun çoxşaxəli yaradıcılığının mühüm bir sahəsini təşkil edən nəsr əsərləri, o cümlədən, bir çox ekran əsərlərinin mövzusuna çevrilmiş povestləri ədəbiyyatımızın unikal hadisələrindən biridir.

Kulis.az xəbər verir ki, bu günlərdə anadan olmasının 85 illiyi qeyd edilən görkəmli ekran, səhnə və qələm ustasının nəsr əsərləri uzun müddətdən sonra “Qanun” nəşriyyatı tərəfindən tam və nəfis şəkildə Azərbaycan oxucusuna təqdim ediləcək. Sağlığında müəllifin iştirakilə yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının çapa hazırladığı “Hava məbədi” və “Günəş kələfi” kitablarının naşiri Şahbaz Xuduoğludur.

“Hava məbədi” kitabında görkəmli yazıçının povestləri toplanıb. Təhkiyəsinin sadəliyi, fikirlərinin yığcamlığı və kibernetik dəqiqliyi, qələmə aldığı hadisələrin sözlə vizual görüntüsünü yaratmaq, insan qəlbinin gözlə görünməyən dərinliklərinə enmək istedadı, oxucuya təqdim etdiyi bənzərsiz mühit və qeyri-adi obrazlar onun nəsrini fərqləndirən xüsusiyyətlərdir.

R.İbrahimbəyovun nəsr əsərləri XX əsr Bakısına sözlə çəkilmiş bənzərsiz illüstrasiyaları xatırladır. Hekayələrin və eyniadlı romanın toplandığı “Günəş kələfi” kitabında isə F.Dostoyevskinin S.-Peterburqu, C.Coysun Dublini, O.Pamukun İstanbulu kimi, R.İbrahimbəyovun Bakısı da oxucuya özünəməxsus ab-havası, həyat tərzi, adət-ənənəsi, yazılmamış qanunları ilə təqdim olunur və yaddaşlarda şəhərin bütöv obrazı, mükəmməl portreti yaranır.

# 1862 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər