Rüstəm İbrahimbəyova həsr olunan jurnal çap edildi

Rüstəm İbrahimbəyova həsr olunan jurnal çap edildi
14 mart 2023
# 18:40

Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatından bir il keçir. Bu münasibətlə dramaturqun yaradıcılığına həsr olunan jurnal çapdan çıxıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə çap olunan, Azərbaycan və rus dillərində yayımlanan jurnalın “Ön söz”ünü yazıçı, filologiya elmləri namizədi, teatr və ədəbiyyat tənqidçisi Natalya Davidovna Staroselskaya qələmə alıb.

Yazıçı qeyd edib ki, teatr və kino dramaturgiyası ustadı Rüstəm İbrahimbəyov yaradıcı fəaliyyətinə görə təkcə vətəni Azərbaycanda deyil, eləcə də Rusiya və bir sıra başqa ölkələrin çoxsaylı mükafatlarına layiq görülüb.

Jurnalda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin sədri, Xalq artisti Rasim Balayevin, Xalq yazıçıları – Çingiz Abdullayevin, Natiq Rəsulzadənin, professor Rəhman Bədəlovun, Rusiya kinossenaristi Pavel Finnin, dövlət və ictimai və mədəniyyət xadimi Mixail Şvıdkoyun, kinorejissor, ictimai və siyasi xadim Yuli Qusmanın, Sovet və gürcü kinorejissoru, ssenarist Eldar Şenqelayanın, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Zülfiqar Musakovun, Kino Mətbuatı Beynəlxalq Federasiyasının prezidenti Andrey Plaxov və başqalarının xatirələri yer alıb.

Qeyd edək ki, jurnalın tərtibatçısı Fatimə İbrahimbəyova, dizayneri Xəyal Danyal, tərcümə edəni Rəbiqə Nazimqızı, nəşrin koordinatoru Əli İsa Cabbarovdur.

# 2263 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər