Rusiyada Oskar komitəsi ləğv ediləcək - Konçalovskidən açıqlama

Rusiyada Oskar komitəsi ləğv ediləcək - Konçalovskidən açıqlama
5 iyul 2024
# 12:42

Rejissor, iki dəfə Venesiya film festivalının "Qızıl şir"inin qalibi Andrey Konçalovski belə hesab edir ki, Rusiya Oskar komitəsi fəaliyyətini dayandıracaq.

Kulis.az xəbər verir ki, rejissor bu barədə TASS agentliyinə bildirib.

Qeyd edək ki, 2023-cü ildə komitənin sədri Pavel Çuxray və rejissorlar Aleksey Uçitel, Nikolay Dostal, Vladimir Kott, ata Sergey Bodrov, Vera Storojeva və başqaları istefa vermiş, komitənin fəaliyyəti dondurulmuşdu.

Konçalovski özü də bir neçə il qabaq həmin komitədən istefa vermişdi. "Bilirsiniz, mən bir neçə dəfə boşanmışam. Çox sadə, çamadanımı götürüb çıxmışam. "Oskar"la münasibətim də belədir. Qaldı ki, komitənin ləğv olunmağına, onsuz da fəaliyyət göstərməyən şey quru budaq kimi qopub düşür. "Oskar" otuz il qabaq dəyərli idi. Mən Amerikada yaşayanda, bu çox vacib idi, "Oskar" sənin üçün yeni yaradıcılıq perspektivləri açırdı. Çünki bu mükafat sırf bazara hesablanıb, sənətə yox. Bu mükafatı alan filmlər heç də həmişə yüksək səviyyəli olmur. "Oskar" almayan böyük rejissorlar isə, n qədərdir.

# 1971 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər