Rusiyada homoseksual səhnələr qadağan olunacaq

Rusiyada homoseksual səhnələr qadağan olunacaq
6 yanvar 2022
# 10:20

Filmlərdə homoseksual səhnələrin nümayişinə qadağa qoyulacaq layihənin icrası planlaşdırılır.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Dövlət Dumasının Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin rəhbəri Nina Ostanina bildirib ki, filmlərdə qeyri-ənənəvi münasibətlər və zorakılıq nümayiş etdirən səhnələrin nümayişini qadağan edən qanun layihəsi Yeni il bayramlarından sonra Dövlət Dumasına təqdim olunacaq.

“Fakt budur ki, uşaqların informasiyadan qorunması haqqında qanun nəzərəçarpacaq dərəcədə köhnəlib, onun hazırlanmasında mən dördüncü çağırış Dövlət Dumasının deputatı kimi iştirak etmişəm. Biz bu qanun layihəsinə dəyişiklik etmək niyyətindəyik. Bu, cinsi sapmalara, filmlərdəki homoseksual səhnələrə də aiddir. Düşünürəm ki, yanvar bayramlarından sonra biz bu qanun layihəsini dərhal həll edəcəyik” – Nina Ostanina söyləyib.

O vurğulayıb ki, bu gün informasiya məkanında yayılan təhdidlərin sayı xeyli artır və bu da öz növbəsində elektron, kağız daşıyıcılarda, o cümlədən internetdə uşaqları qəddarlığa və ya digər dağıdıcılığa sövq edən materialların dərcinə görə cəzaların sərtləşdirilməsini tələb edir.

Ostaninanın sözlərinə görə, bu qanunla mübarizə aparmaq və ona düzəliş etmək şərəf məsələsidir.

Bir müddət əvvəl Milli Valideynlər Komitəsinin icraçı direktoru, psixoloq Yuri Obolonski bildirmişdi ki, o, uşaqları təhqir etdiyinə, eləcə də homoseksuallığı təbliğ etdiyinə görə rep ifaçısı Djiqandan bir milyon rubl tələb etmək niyyətindədir.

# 3379 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər