Rusiya Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb

Rusiya Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb
20 fevral 2025
# 11:59

Rusiya İstintaq Komitəsi şair Mixail Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Nikolay Burlyaev məlumat verib.

“İstintaq Komitəsindən cavab gəlib, əsaslı birgə işə, o cümlədən texniki işlərə başlanılıb. Biz onun gedişi və nəticələri barədə məlumat verəcəyik”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Burlyayev Rusiya Federasiyasının İstintaq Komitəsinə müvafiq sorğu ilə müraciət göndərib. Sorğuda bildirilib ki, uzun illər lermontovşünaslar, kriminoloqlar, ballistik mütəxəssislər və həkimlər şairin ölümündən dərhal sonra 1841-ci ildə aparılan istintaqın düzgün aparılmadığını qeyd ediblər.

Burlyaevin sözlərinə görə, Lermontovun ölümü duel deyil, qətl nəticəsində baş verib.

Xatırladaq ki, şair Mixail Lermontov qısa ömür sürmüş və 26 yaşında vəfat etmişdir. Rəsmi versiyaya görə, şair dueldə ölüb.

İstefada olan mayor Nikolay Martınovla ölümcül duel 1841-ci il iyulun 21-də Maşuk dağının ətəyində baş verib. (APA)

# 2275 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər