Rusiya "Avroviziya"ya alternativ müsabiqənin keçirilməsini təklif etdi

Rusiya "Avroviziya"ya alternativ müsabiqənin  keçirilməsini təklif etdi
17 noyabr 2023
# 13:37

Rusiya öz "Avroviziya" estrada mahnı müsabiqəsini keçirməyi təklif edib. Müsabiqə "İntervision" adlanacaq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda çıxış edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova bildirib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti “çoxqütblü dünyada mədəniyyətlərin müxtəlifliyini təbliğ etmək üçün” musiqi yarışmasından əlavə Avrasiya kinofestivalının və kino mükafatının yaradılmasını da təklif edir.

Birinci Kanalın baş direktoru Konstantin Ernst isə bildirib ki, “İntervision” müsabiqəsinin 2024-cü ildə keçirilməsi təklif olunur.

“İntervision” mahnı müsabiqəsi 1970-1980-ci illərdə sosialist bloku ölkələrində, birinci Polşada baş tutub.

Qeyd edək ki 2008-ci ildə "Krasnıy Kvadrat" media qrupu və Birinci Kanal Soçidə keçmiş SSRİ-nin 11 ölkəsindən ifaçıların iştirak etdiyi "İntervision" uşaq müsabiqəsini təşkil edib.

# 2063 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər