“Ruhumun çağırışları” kitabının təqdimatı olub

“Ruhumun çağırışları” kitabının təqdimatı olub
26 iyul 2024
# 09:32

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Eldar Hüseynovun “Позывные моей души” (Ruhumun çağırışları) kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Mədəniyyət Nazirliyinin və Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq Kitabxana - Sərbəst mütaliə bölməsinin” fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaratdığını bildirib.

Qeyd edilib ki, eyni zamanda, Açıq kitabxanada yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri, poeziya gecələri keçirilir. O, bu gün təqdimat mərasimi keçirilən kitabının müəllifi E.Hüseynovu təbrik edib, yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə “Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə Babakişiyeva “Ruhumun çağırışları” kitabı haqqında məlumat verib. Bildirib ki, poetik duyğuları ilə şeir dünyasının gözəlliyini oxuculara çatdıran Eldar Hüseynovun yaradıcılığında daha çox lirik şeirlərə və sonetlərə üstünlük verilib.

Təqdimat mərasimində iştirak edən Səidə Rəhimli, Yusif Hüseynov və müəllif Eldar Hüseynov kitabdan şeirlər səsləndiriblər.

# 2528 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər