Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək

Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək
19 avqust 2024
# 17:19

Sentyabr ayında Qazaxıstanın paytaxtı Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqə istedadlı gənc vokalçıların parlaması və dəstəklənməsi üçün mühüm meydan olacaq.

Nazirliyin yaydığı məlumata görə, estrada janrında oxuyan respublika, beynəlxalq və televiziya müsabiqələrinin 18-35 yaşlı iştirakçıları, həmçinin mədəniyyət və incəsənət profilli ali məktəblərin tələbələri müsabiqəyə qatıla bilərlər. İştirakçılar ərizələrini sentyabrın 1-dək təqdim etməlidirlər.

Müraciət üçün əsas şərt Roza Baqlanovanın repertuarından bir mahnının ifa edilməsidir ki, bu da hər bir iştirakçının böyük qazax müğənnisinin irsi ilə tanışlığına və öz məharətini beynəlxalq səhnədə nümayiş etdirməsinə imkan verir.

# 2036 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər