Rəssamlıq Akademiyasında “Ahəng” adlı fərdi sərgi açılıb

Rəssamlıq Akademiyasında “Ahəng” adlı fərdi sərgi açılıb
23 oktyabr 2025
# 14:01

Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayevanın “Ahəng” adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə akademiya rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, rəssam sənət dostları və digər qonaqlar iştirak edib.

Çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev bu sərginin özünəməxsusluğunu vurğulayaraq qeyd edib ki, Təsviri sənət və Sənətşünaslıq fakültəsinin dekanı, ixtisasca sənətşünas olan Nərminə Rzayeva yalnız rəssamların yaradıcılığını araşdırmaqla kifayətlənmir, eyni zamanda sənətin özündə fəal şəkildə iştirak edir. Onun yaradıcılığa həm nəzəri, həm də praktik yanaşması əsərlərinə dərin duyğusallıq və peşəkar baxış qazandırır. Rektor müəllifə gələcək fəaliyyətində yaradıcılıq uğurları arzulayıb.

Elmi və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev çıxışında bildirib ki, sənətşünas kimi Nərminə Rzayevanın rəssamlıqla məşğul olması onun peşəkar hazırlığının və sənətə olan sadiqliyinin göstəricisidir.

Beynəlxalq əlaqələr üzrə prorektor Səlhab Məmmədov isə çıxışında vurğulayıb ki, müəllifin bu səviyyədə yaradıcılıqla məşğul olması onun sənətə bağlı ailə mühitindən qaynaqlanır. Sevindirici haldır ki, sənətşünaslıqla yanaşı, rəssamlıq sənətinə də dərindən maraq göstərir.

Sonda Təsviri Sənət və Sənətşünaslıq fakültəsinin dekanı, s.ü.f.d. Nərminə Rzayeva çıxış edərək başda rektor olmaqla Azərbaycan Rəssamlıq Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirib. O, “Rəssam ailəsində doğulmağım mənim bu mühitdə formalaşmağımın əsas səbəbidir” – deyə qeyd edib.

Qeyd edək ki, sərgidə müəllifin son illərdə yaratdığı 30-a yaxın naturmort və peyzaj janrında əsərləri nümayiş olunur. Rəssamın yaradıcılığında rəng və formanın qarşılıqlı münasibəti, daxili harmoniya və estetik balans axtarışları ön plandadır.

Nərminə Rzayevanın əsərləri rəng duyumunun incəliyi, kompozisiyanın ritmik quruluşu və ruh halının xüsusi harmoniyası ilə seçilir. “Ahəng” sərgisi müəllifin yaradıcılıq yoluna baxış olmaqla yanaşı, müasir Azərbaycan rəngkarlığında zəriflik və dərin duyğusallığın təcəssümü kimi də dəyərləndirilə bilər.

Sərgi 29 oktyabr 2025-ci il tarixinədək Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində davam edəcəkdir.

# 2084 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər