Respublika Uşaq Kitabxanasında Milli Musiqi Günü qeyd olunub

Respublika Uşaq Kitabxanasında Milli Musiqi Günü  qeyd olunub
19 sentyabr 2025
# 12:20

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan musiqi mədəniyyətinin banisi, dünya şöhrətli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü münasibətilə Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaqlara və yeniyetmələrə Üzeyir Hacıbəyovun zəngin irsini tanıtmaq, Azərbaycan milli musiqi mədəniyyətini təbliğ etmək və musiqiyə olan marağı artırmaq olub.

Tədbirdə Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına dair sənədli film və Şuşa şəhərində yerləşən ev-muzeyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Videoçarxda dahi bəstəkarın həyatı, yaradıcılığı və ev-muzeyində qorunan eksponatlar haqqında ətraflı məlumat təqdim olunub.

Həmçinin kitabxanada Milli Musiqi Günü münasibətilə təşkil olunmuş tematik kitab sərgisində Azərbaycan musiqi sənətinə töhfə vermiş görkəmli bəstəkar və musiqiçilərin həyat və yaradıcılığına dair nəşrlər nümayiş etdirilib.

Xüsusilə Üzeyir Hacıbəyovun irsinə həsr olunmuş kitablar sərginin əsas hissəsini təşkil edib.

Tədbir çərçivəsində 1976-cı ildə bəstəkarın xatirəsinə çəkilmiş sənədli film də nümayiş olunub.

Qeyd edək ki, tədbir gənc ifaçıların çıxışı ilə davam edib.

# 1293 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər