Rəsm Qalereyasına yeni direktor təyin olundu

Rəsm Qalereyasına yeni direktor təyin olundu
1 fevral 2024
# 18:30

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin göstərişi, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun əmri ilə Kürçaylı Zabil oğlu Məmmədov Salyan Dövlət Rəsm Qalereyasına direktor təyin edilib.

Kulis.az xəbər verir ki, Kürçaylı Məmmədov indiki vəzifəsinədək Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsini daşıyırdı.

Qeyd edək ki, Kürçaylı Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat və magistratura pillələrini bitirib. O, təhsil aldığı illərdə Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi, kinorejissor, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Xalq artisti, kino və teatr aktyoru Pərviz Məmmədrzayev, rejissor, aktyor Rövşən İsax, aktyor, bədii qiraətçi Nadir Hüseynov, Əməkdar mədəniyyət işçisi, televiziya film və tamaşaları rəssamı Rafael Əsədov və onlarla görkəmli sənət adamının tələbəsi olub, onlardan sənətin incəliklərini öyrənib.

Kürçaylı Məmmədov bir neçə qısametrajlı bədii və sənədli filmlər, etüdlər, televiziya verilişlərinin müəllifi və rejissorudur.

Onun rejissoru olduğu "Bərə" qısametrajlı filmi 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalında "Münsiflər heyətinin diplomu"na, "Sabahın xeyir, Sübh anası" sənədli filmi isə 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında "Ən yaxşı sənədli film" nominasiyası üzrə qalib gələrək baş ödül - "Qızıl nar"a, layiq görülüb, həmçinin "Dağlardakı Qarxun" sənədli filmi isə Türkiyədə keçirilən 5-ci Türk Dünyası Belgesel Film Festivalın laureatı adını alıb.

Qeyd edək ki, Kürçaylı Məmmədov həm də Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceridir.

# 3143 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər