Rəhman Rəhmanov: "Dedilər ki, heç nə eləyə bilmirik, iki saat sonra öləcək"

Rəhman Rəhmanov:  "Dedilər ki, heç nə eləyə bilmirik, iki saat sonra öləcək"
14 aprel 2025
# 18:47

"Heç vaxt mənim yanımda istifadə eləməyib. Özünü elə aparıb ki, hiss eləməmişəm. Verilişlərə bir yerdə gedirdik. Araq içirdi, sərxoş olurdu, ancaq narkotik istifadə elədiyini görməmişəm".

Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov Kulis.az-a müsahibəsində oğlu Emil Rəhmanov haqqında danışarkən deyib:

"Əvvəllər heç nə hiss eləmirdim. Evli idi. Bizdən ayrı yaşayırdı. Bir oğlu, bir qızı var idi. Heç vaxt mənim yanımda istifadə eləməyib. Özünü elə aparıb ki, hiss eləməmişəm. Verilişlərə bir yerdə gedirdik. Araq içirdi, sərxoş olurdu, ancaq narkotik istifadə elədiyini görməmişəm. Axıra yaxın hiss elədim. Özü reabilitasiyaya gedirdi. O reabilitasiyadan sonra öldü. Sən demə, ona olmazmış. Qanı laxtalandı, gecə ilə Kliniki Tibbi Mərkəzə, oraya qəbul eləmədiklərinə görə "Topçubaşov"a apardılar. Orada reanimasiyaya qoyduq. Həkim səhər 9-da gəldi. Dedilər ki, heç nə eləyə bilmirik, iki saat sonra öləcək. Trombu tərpədə bilmirdilər. Elə də oldu. İki saat sonra vəfat etdi".

"Dəfndə sənət adamlarından çox adam var idi, ancaq müəllimi Teymur Əmrah gəlməmişdi"

Aktyorun dediyininə görə oğlunun müəllimi Əməkdar artist Teymur Əmrah dəfnə gəlməyib:

"Sənətdən dünyasından gəlib-gedən yoxdur, ancaq kənar sahələrdən yaxşı dostları var. Gəlib yada salırlar. Dəfndə sənət adamlarından çox adam var idi, ancaq müəllimi Teymur Əmrah gəlməmişdi. Görüşüb başsağlığı verdi. Dedi ki, Gəncədə olmuşam. O mənim xətrimi çox istəyir".

"Daha çox üstün düşə bilərdim"

O, oğlu ilə bağlı peşmanlığını da dilə gətirib:

"Əlbəttə. Daha çox üstün düşə bilərdim. Ancaq onda uşaqlıqdan belə problem yox idi. Məşhurlaşandan sonra problemlər başladı. Tanınırdı deyə çox müzakirə olunurdu. Haqqında çox şayiələr yayılırdı".

# 2465 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər