Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
22 may 2024
# 13:45

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Vasif Qurbanzadə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Vasif Zahid oğlu Qurbanzadə 1981-ci ildə anadan olub. Bakı şəhər 146 saylı orta məktəbi bitirib. Tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

2005-ci ildə hərbi xidmətini başa vurub və həmin ildən müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2006-cı ildən bank sektorunda, 2010-cu ildən isə nəşriyyat-poliqrafiya sahəsində çalışıb. Çoxsaylı mədəniyyət tədbirlərinin, kitaba marağın artırılması istiqamətində müxtəlif təqdimatların təşkilatçısı olub.

2016-cı ildən “Osmanlı divan ədəbiyyatı”, “Sufilik”, “Erməni məsələsi”, “Xudu Məmmədovun həyat və fəaliyyəti”, “Şahmar Əkbərzadənin həyat və fəaliyyəti” mövzularında elmi araşdırmalar aparıb. Ümumilikdə, 7 kitab müəllifi olan V.Qurbanzadənin “2914 – Biz sülh istəyirdik” kitabı 44 günlük Vətən müharibəsi zamanı müəllifin ön cəbhədə şahid olduğu və siyasi arenada baş verən hadisələrdən bəhs edir.

Şeirləri əsasında “Üfüq”, ssenarisi əsasında “Yol adam” filmləri lentə alınıb. Qarabağ və qəhrəmanlıq mövzularında çəkilən bir neçə ekran işinin məsləhətçisidir.

# 3423 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər