Rayonlarımızda kitab sərgisi keçiriləcək

Rayonlarımızda kitab sərgisi keçiriləcək
7 fevral 2022
# 17:00

Fevralın 5-də Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) İdarə Heyətinin iclası keçirilib.

Kulis.az birliyə istinadən xəbər verir ki, ANAİB sədri Şəmil Sadiq birliyə üzv olmaq istəyən nəşriyyat və kitab mağazaları ilə bağlı məlumat verib.

Daha sonra üzvlük üçün müraciət edən “TEAS Press”, “Güvən”, “Dəyər”, “Everest” nəşriyyatlarının üzvlüyə qəbulu səsə qoyulub və təsdiq edilib.

“Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariqin “Bölgələrə kitabla gedək” devizi altında sərgilərə davam etmək üçün Sumqayıt, Gəncə, Lənkəran və Şəki şəhərlərində sərgi keçirmək təklifi dinlənilib. “ANAİB-Sumqayıt II kitab sərgisi” və “ANAİB-Gəncə II kitab sərgisi” isə bu ilin oktyabr-dekabr aylarına saxlanılıb.

İlin birinci yarısında keçiriləcək beynəlxalq və ölkədaxili sərgilər nəzərə alınaraq Lənkəran şəhərində “ANAİB-Lənkəran I kitab sərgisi”nin 8-10 aprel tarixlərində keçirilməsi qəbul olunub. Şəki şəhərində isə sərgi deyil, fərqli formatda 1-3 iyul tarixlərində “ANAİB-Şəki I kitab festivalı”nın keçirilməsi nəzərdə tutulub.

Payızın ilk aylarında Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ənənəvi “Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”na anoloji olaraq “ANAİB-Bakı I Kitab Sərgisi”nin təşkil olunması və bu il ilk sərginin 6-9 may tarixlərində keçirilməsi qəbul olunub.

“Ağıllı bala” nəşriyyatının direktoru Fatimə Alxazın təklifi ilə hər il Hans Xristian Andersenin doğum günündə qeyd olunan Beynəlxalq Uşaqlara Kitab Bağışlama Günü münasibətilə 4 aprel tarixində “ANAİB-I Uşaq kitabları sərgisi”nin keçirilməsi qəbul olunub.

İclasda Azərbaycan kitabçılığının problemlərinin, perspektivlərinin və potensialın müzakirəsi üçün ictimai müzakirələr keçirilməsi məsələsi də diqqətdə saxlanılıb. Müzakirələrə başlamaq üçün fevralın 19-da naşirlərlə kitabçıların görüşünün keçirilməsi planlaşdırılıb.

Bundan başqa, iclasda “Azərbaycan Nəşriyyatlarının I Forumu”nun keçirilməsi məsələsi uyğun görülüb.

# 2607 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər