Raskolnikov, Onegin, Oblomov... - Rus ədəbiyyatının ən arzuolunmaz kişi obrazları

Raskolnikov, Onegin, Oblomov...   - Rus ədəbiyyatının  ən arzuolunmaz kişi obrazları
13 noyabr 2025
# 17:20

Rusiyalı oxucular arasında aparılan sorğuya görə, Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanının qəhrəmanı Rodion Raskolnikovu ədəbiyyatda əsas “red flaq” (yəni münasibətlərdə təhlükəli və mənfi xüsusiyyətləri təcəssüm etdirən) obraz adlandırıblar.

Kulis.az xəbər verir ki, sorğuya əsasən, Yevgeni Onegin və İlya Oblomov da romantik münasibətlər üçün ən cəlbedici olmayan kişi obrazları sayılıblar.

Tixon Kabanov və Peçorin isə “Z” nəsli tərəfindən infantil, passiv və emosional bağlılığa görə mənfi qiymətləndirilib. Qadın qəhrəmanlar arasında “red flag” statusunu Anna Karenina, Marqarita və Sonya Marmeladova alıblar.

Ən “müsbət” kişi obrazları sırasında Pyer Bezuxov, Pyotr Qrinyev və Andrey Bolkonski yer alıb. Qadın qəhrəmanlar arasında isə “green flaq” (yaxşı, etibarlı insan tipi) sayılanlar Nataşa Rostova və Tatyana Larina olub.

Maraqlıdır ki, Marqarita həm “green flaq”, həm də “red flaq” kimi qeyd edilib — ekspertlər bunu “Madonna-fahişə kompleksi” ilə izah edirlər: kişilər güclü, azad və duyğulu qadınlara heyran olsalar da, eyni zamanda onlardan qorxurlar.

Respondentlər bildiriblər ki, “red flag” seçimində əsas məsələ konkret qəhrəman deyil, onun davranış tipidir. Ən xoşagəlməz tiplər arasında manipulyator və narsis kişilər, şəxsi mənfəət güdən qadınlar, eləcə də təhlükəli və destruktiv şəxsiyyətlər olub.

# 1803 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər