"Rasim Qaraca 24 saat keçməmiş bizi təhqir elədi..." - Rəşad Səfər

"Rasim Qaraca 24 saat keçməmiş bizi təhqir elədi..." - Rəşad Səfər
5 noyabr 2025
# 18:43

Şair, "Alatoran" jurnalının baş redaktoru Rasim Qaracanın “Kulis”ə verdiyi son müsahibəsində səsləndirdiyi fikirlər ədəbi mühitdə birmənalı qarşılanmayıb.

O, “The Baku Review” şəbəkə jurnalı layihəsinin arxasında gizli məqsədlərin dayandığını bildirib:

"Heç aidiyyatı olmayan adamlar ortaya düşdü, söhbət böyüdü. Nəticədə isə mənim dediklərim oldu, həmin jurnal indi demək olar ki fəaliyyətini dayandırıb. Nə üçün meydana çıxmışdı, saytın pulunu kim vermişdi, kim yengəlik edirdi? – mənə qaranlıqdır. Deyəsən, elə məqsəd mənim ətrafımda olan adamları uzaqlaşdırmaq idi, buna nail oldular və missiya tamamlandı, dostlar düşmən oldu..."

Rasim Qaraca: "Həmid Herisçi deyirdi ki, Anarla şəkil çəkdirməyin, yoxsa...  " - Müsahibə
Rasim Qaraca

Kulis.az məsələ ilə bağlı “The Baku Review”un həmtəsisçisi, yazıçı Rəşad Səfər mövqeyini öyrənib.

“Rasim bəy bizi absurd şeylərdə ittiham elədi”

Rəşad Səfər bildirib ki, Rasim Qaraca onu və komandasını əsassız ittihamlarla hədəfə alıb:

"Rasim bəyi bilmirəm, amma şəxsən məndə ona qarşı heç bir düşmən münasibət yoxdur. Biz "The Baku Review" jurnalını təsis edəndə Rasim bəy həmişəki kimi impulsiv davrandı. Sayt istifadəyə veriləndən heç 24 saat keçməmişdi, içindəkilərlə yaxından tanış olmadan, təfərrüatları öyrənmədən, azca səbir etmədən bizi sərt tənqid elədi. Hətta təhqir də demək olar. Absurd şeylərdə ittiham elədi. Halbuki uzun illərdir dostluğumuz var. Bircə dəfə zəng edib narazılığını, narahatlığını bildirə bilərdi. İstəsəydi, ərkyana tənbeh də edərdi. Amma "dost həqiqəti deyər" şüarına sığınıb dostları publik formada təhqir etmək, satılmaqda, qaranlıq işlərdə ittiham etmək, əlbəttə, adamı məyus edir. Yenə də heç bir düşmənçilik yoxdur. Proses vaxtı yaranan bir az qəzəb, bir az inciklik vardı, o da zamanla keçib gedir".

Keçilərin nəğmələri” romanı çap olundu - Foto
Rəşad Səfər

O, həmçinin, ədəbi nəsillər məsələsinə də münasibət bildirib:

"O ki qaldı ədəbi nəsillərə, bizdə həqiqi mənada, azad şəkildə ədəbi proses getmir deyə ədəbi nəsillərin bölgüsündən də danışmaq olmur. Yalnız bioloji yaş ortaqlığına görə, eyni dövrdə ədəbiyyata gəlməklə ədəbi nəsil formalaşmır. Bir ədəbi nəslin paylaşdığı oxşar dəyərlər, ideyalar, yaxud üslublar, estetik yanaşmalar olur. Baxırsan, 20-25 yaşlı gənclərdir, amma birinin üslubu, təfəkkürü ötən əsrin qırxıncı illərində qalıb. Digəri altmışıncı, başqa biri də doxsanıncı illərdədir hələ. Eyni şeyi daha yaşlı yazıçı-şairlərə də aid etmək olar.Buna görə bizim "ədəbi kruqlar"da çox fərqli yaş qrupundan insanlar olur. İki ildir yazmağa başlayan bir gənc otuz ildir yazan əlli yaşlarında biri ilə daha rahat dil tapır, daha yaxın zövqlərə malikdir, nəinki öz həmyaşıdları. Əslində, bu baxımdan bizdə nəsillərarası əlaqə itmir. Hamı qarışıb bir-birinə. Üzümüzü görməsələr, yaşımızı bilməsələr, oxucular hansı nəslə aid olduğumuzu çətin ayırd edər".

# 2422 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər