Rasim Balayev: "Anar Kərimov Prezidentin tapşırıqlarını yerinə yetirə bilmədi"

Rasim Balayev:  "Anar Kərimov Prezidentin tapşırıqlarını yerinə yetirə bilmədi"
22 dekabr 2022
# 18:04

"Xalq artisti kimi yox, bir vətəndaş kimi deyirəm ki, bu gün Azərbaycan mədəniyyəti çox pis gündədir".

Kulis.az xəbər ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev deyib.

Xalq artisti Anar Kərimovun mədəniyyət naziri kimi fəaliyyəti dövründə heç bir irəliləyişə nail olunmadığını vurğulayıb.

"Azərbaycanın mədəniyyət sahəsi həmişə göz qabağında olub. Anar Kərimovun dövründə heç bir inkişafı görə bilmədik. Bu gün Prezident İlham Əliyev onun nazir vəzifəsindən azad olunması ilə bağlı Sərəncam imzaladı. Düzdür, cənab Prezident ona müəyyən tapşırıqlar verdi. Amma, görünür yerinə yetirə bilmədi və onu vəzifəsindən azad etdi. Təbii ki, belə məsələhət bildi və onu müzakirə etməyə dəyməz. Özü bilən məsələhətdir.

Bəzi nazirliklər var ki, onların gördüyü işi millət, kütlə görmür. Amma, mədəniyyət sahəsini milyonlar görür. Ola bilsin ki, çox savadlı bir şəxsdir, ancaq idarəçilik tamamilə başqadır. Hətta, bəzən bu sənətin yiyəsi də rəhbərliyə gələ bilər, lakin orada inkişaf yox, əksinə geriləmə olar. Yəni, idarəçilik də bir vergidir və hər adamın təşkilatçılığı olmaya da bilər".

Demokrat.az

# 2997 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər