Ramiz Məlik-Aslanov Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Ramiz Məlik-Aslanov Azərbaycan Prezidentinə məktub ünvanlayıb
3 dekabr 2025
# 10:14

Səhhətində son zamanlar problemlər yaşayan Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov müalicəsinə dövlət tərəfindən göstərilən dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Kulis.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, İlham Heydər oğlu Əliyev!

Dərin minnətdarlıq hissi ilə Sizə bu məktubu yazıram!

Sizin dəstəyiniz sayəsində mən vaxtında peşəkar həkimlərə müraciət edə bildim və bu, mənim həyat hekayəmdə həqiqətən də dönüş nöqtəsi oldu!

Ömrünü dirijor pultu arxasında keçirmiş, son zamanlar isə sevdiyim işdən məcburi olaraq uzaq qalmış bir insan kimi, göstərdiyiniz diqqət mənim üçün misilsiz mənəvi dayaq oldu, prosesin uğurlu nəticəsinə ümid və güc mənbəyinə çevrildi.

Sizin tərəfinizdən göstərilən bu qayğı və diqqət – ölkəmizin hər bir vətəndaşının taleyi üçün nə qədər böyük əhəmiyyət daşıdığınızın parlaq nümunəsidir və bu, fərəh və qürur hissi doğurmaya bilməz!

Dərin hörmətlə, bütün işlərinizdə yeni uğurlar arzulayaraq,

Sizə və ailənizə can sağlığı və rifah diləyərək,

Ramiz Məlik-Aslanov”.

# 1248 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər