Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur, araşdırma aparılır

Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur, araşdırma aparılır
23 fevral 2026
# 15:55

Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb.

O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmməzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər:

“Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum olub. Rüfət Qasımzadə mənə bildirib ki, Türkiyədə hava limanında 5 kiloqram qızılı gömrükdə saxlanılıb. Lakin borcu ödəyəcək. Məsələ ilə bağlı Xalq artisti Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar da ziyanın ödəniləcəyini desələr də, ziyan ödənilməyib”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır: “Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq”.

# 1484 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər