"Rakurs" bülleteninin yeni sayı çap olundu

"Rakurs"  bülleteninin yeni sayı çap olundu
6 noyabr 2023
# 14:20

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin 2-ci və 3-cü rüblər üzrə nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, bu sayın özəlliyi Kinematoqrafçılar İttifaqının son 6 ay ərzində fəaliyyətini əhatə etməsidir. Bundan başqa, çəkiliş meydançaları, festivallar və müsabiqələr, yubileyi olan filmlər, sənət adamları haqqında məqalələr yer alıb.

Bülletendə Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə “Azərbaycan” kinoteatrında rejissor İlqar Nəcəfin “Suğra və oğulları” filminin nümayişi, hollandiyalı ssenarist, bir sıra nüfuzlu kinofestivallarının iştirakçısı və qalibi Roelof Yan Minneboonun ustad dərsi keçirməsi, sənətşünas Nadir Bədəlovun ssenari yaradıcılığı və kinoşünaslığa həsr olunmuş “Kino gözlə söz arasında” kitabının təqdimatı, eləcə də, ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.

Xatırladaq ki, əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarət olan, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası əsasında yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin məsləhətilə çap edilir.

Bülletenin nəşrə məsulu, AKİ katibi, rejissor Əli İsa Cabbarov, tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanovadır.

# 2038 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər