Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü
3 avqust 2026
# 17:48

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev Türkiyə Cümhuriyyəti Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən təqdim olunan "Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı"na layiq görülüb.

Kulis.az xəbər verir ki, bu barədə birlik tərəfindən Rafiq Əliyevə rəsmi bildiriş və dəvət məktubu göndərilib.

Qeyd olunub ki, Türkiyə Respublikasının 3335 saylı Qanunu çərçivəsində Nazirlər Kabinetinin icazəsi ilə beynəlxalq mədəni əməkdaşlıq qurumu kimi fəaliyyət göstərən Türk Dünyası Yörük Türkmən Birliyi bu il üçüncü dəfə Beynəlxalq Türk Dünyası Elm Mükafatlarını təqdim edəcək.

Azərbaycanın görkəmli alimi Rafiq Əliyevə mükafat 8 oktyabr 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində təqdim olunacaq.

15 kateqoriya üzrə mükafatların təqdim ediləcəyi mərasim Türk Dövlətləri Təşkilatı, TİKA, YTB, TÜRKSOY və digər qurumların dəstəyi ilə baş tutacaq.

Bu mükafat elmi araşdırmaları, innovativ ideyaları və beynəlxalq əməkdaşlığı təşviq edir.

Mükafata müxtəlif elm sahələrində mühüm nəticələr əldə etmiş şəxslər namizəd göstərilir.

Təltifetmə mərasimləri türk dünyasında elmi əməkdaşlığın inkişafına töhfə verən alimlərin tanıdılmasına xidmət edir.

Mükafat türk dövlətləri arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə dəstək verən təşəbbüslərdən biri hesab olunur.

# 1166 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər