Rafael İsgəndərov: "Xalq artisti toya tamada kimi gedir"

Rafael İsgəndərov:  "Xalq artisti toya tamada kimi gedir"
20 dekabr 2024
# 10:18

"Gənc Tamaşaçılar Teatrında işləyirdim. Maaşa görə çətin idi. Ailə ilə dolanmaq olmurdu. Dedim ki, televiziyaya əl atım. Gördüm ki, teatrın planları ilə uyğun gəlmir. Teatrdan uzaqlaşdım. "Bu şəhərdə" oldu teatr. Heç də əziyyəti teatrdan dala qalmır".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Üzləşmə" yutub layihəsində deyib. Aktyor teatrdan uzaqlaşmasının səbəbini açıqlayıb:

"Vaxt çatmır. Teatrlardan dəvət aldıq. Gördük ki, həmin qazancla olmur. Gərək "Bu şəhərdə"ni itirərdik. Teatrda o maaş yoxdur. Xalq artisti teatrda işləyir və toylara gedirsə, deməli, ona ehtiyacı var. Kateqoriyasına görə aktyor universiteti bitirir, gəlir teatra, "Bu şəhərdə"nin keçdiyi yolu keçir. Biz də teatrda işləyəndə 4 Şirvan 9 Məmmədə dolanmırdıq. Kosa-Keçəl, Şaxta baba, şənliklərdə siçan, pişik oynayan, klounadaya gedən olub. Mən də getmişəm. Teatrda işləyəndə tamadalıq da edirsən, başqa iş də görürsən. Mən teatrdan incidim getdim. Sonra doğma teatrıma qayıtdım və müqavilə ilə işlədim. Sonradan mən də, Coşqun Rəhimov da teatra dəvət aldıq. Bizim adımızı vuracaq, özü qazanacaq. Bəs, mən də qazanmaq istəyirəm".

# 2720 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər