Rafael Dadaşovun xatirəsi anıldı - Fotolar

Xalq artisti Rafael Dadaşov

Xalq artisti Rafael Dadaşov

19 noyabr 2021
# 14:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Rafael Dadaşovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.

İdarədən Kulis.az-a verilən məlumata görə, tədbirin aparıcısı Aytac Vahabova sənətkarın ömür yolu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ömrünün 40 ildən çoxunu sənətə həsr edən Rafael Dadaşovun həyat və yaradıcılıq yolu maraqlı və bir o qədər də məzmunludu. Xalq artisti teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olub. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli, yaddaqalan obrazlar qalereyası yaradıb. Xalq artisti teatra olduğu kimi, televiziya tamaşalarına da baxımlılıq gətirib, müəlliflərin məqsəd və məramlarını yaradıcılığı vasitəsilə tamaşaçıya çatdırıb. Sənəti dərindən duyma qabiliyyətinə görə romantik və realist aktyor məktəbinin davamçısı olan sənətkara bu mənada müxtəlif səpkili, xarakterik rollar həvalə edilib.

Tədbirdə sənətkarın həmkarı, Əməkdar artist Vahid Əliyev çıxış edərək Rafael Dadaşovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüb. Həmçinin gənc və istedadlı ifaçı Manaf Əliyevin, Şüvəlan qəsəbə Mədəniyyət evinin “Şüvəlan” ansamblının rəhbəri Elçin Əlibəylinin, sazda Rəsul Qayıbovun ifaları gələn qonaqlarda xoş təəssürat yaradıb.

Sonda sənətkarın yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

# 3258 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər