“Qürbətdən gələn məktublar” tamaşası yenidən nümayiş olundu

“Qürbətdən gələn məktublar” tamaşası yenidən nümayiş olundu
6 oktyabr 2022
# 14:25

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dram – “Qürbətdən gələn məktublar” tamaşası nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Əsər Azərbaycan dramaturgiyasının banisi M. F. Axundzadə və onun oğlu Rəşid haqqındadır. Ədib oğlunun Avropada təhsil alaraq, milləti üçün layiqli vətəndaş olmasını arzulayır. Ata övladı üçün əlindən gələni əsirgəmir və hər dəfə oğlundan məktub alanda sevinci yerə-göyə sığmır. Əsərdə müəllif M.F.Axundzadənin millət və yetişməkdə olan gənc nəsil haqqında qiymətli fikirlərinin şahidi oluruq.

Qeyd edək ki, əsər ilk dəfə 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadə obrazını ilk dəfə mərhum aktyor, Xalq artisti Əliabbas Qədirov canlandırıb.

# 3150 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər